logo

Daha 3 qazimiz Türkiyəyə müalicəyə göndərilib

12:42 07-09-2022 | icon 644
Daha 3 qazimiz Türkiyəyə müalicəyə göndərilib

Ağır yaralanan üç qazi – Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu, İsmayılov İsrail Asif oğlu müalicə məqsədilə “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Onlardan ikisi - Musayev Vadim Fikrətoviç və Salayev Namiq Həsən oğlunun müalicəsi davam etdiyindən təkrarən yola salınıblar.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 175 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün “yashat.gov.az” portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Eyni zamanda, Fondun 8110 “Çağrı” mərkəzi fəaliyyət göstərir