logo

Qubada VII Alma bayramı keçiriləcək

09:59 07-09-2022 | icon 2289
Qubada VII Alma bayramı keçiriləcək

Qubada yeddinci dəfə Alma bayramı keçiriləcək.

YeniAvropa xəbər verir ki,  2012-ci ildən ənənəvi olaraq keçirilən bayram tədbiri son iki ildə pandemiya səbəbindən təxirə salınıb.

Bu il Alma bayramının oktyabr ayının ikinci ongünlüyündə təşkil olunacaq.

Bayramın keçirilməsində məqsəd rayon ərazisində yetişdirilən ekoloji cəhətdən təmiz meyvələrin, kənd təsərrüfatı məhsullarının geniş kütlə qarşısında nümayiş olunması, bu məhsulların böyük bazarlarda satışının təşkili, eyni zamanda, kənd təsərrüfatı sahəsində kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Tədbirinin keçirilməsi milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malikdir.