logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 864 min nəfəri ötüb

20:30 06-09-2022 | icon 2576
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 864 min nəfəri ötüb

Sentyabrın 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1544 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 375, ikinci doza vaksinlərin sayı 231, üç və daha çox doza vaksinlərin sayı 803, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 135-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 866 min 887, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 375 min 279, ikinci mərhələ üzrə 4 milyon 864 min 35, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 367 min 780, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 259 min 793-dür.