logo

Azərbaycanın XİN rəhbəri İspaniyaya rəsmi səfərə gedib

19:59 06-09-2022 | icon 1526
Azərbaycanın XİN rəhbəri İspaniyaya rəsmi səfərə gedib

Sentyabrın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Madrid şəhərinə rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki,səfər çərçivəsində nazir Ceyhun Bayramovun İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri və bir sıra digər yüksək səviyyəli rəsmi şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.