logo

Kraliça II Elizabet Liz Trassı baş nazir vəzifəsinə təyin etdi

17:57 06-09-2022 | icon 1309
Kraliça II Elizabet Liz Trassı baş nazir vəzifəsinə təyin etdi

Böyük Britaniya kraliçası II Elizabet bu gün Balmoral qəsrində (Şotlandiya) Liz Trassı baş nazir vəzifəsinə təyin edib və ona yeni hökuməti formalaşdırmağı tapşırıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Liz Trass rəsmi qəbuldan sonra Dauninq-stritdəki iqamətgahına yollanacaq. Yerli vaxtla təxminən saat 16:00-da (Bakı vaxtı ilə 19:00) onun baş nazir vəzifəsində ilk çıxışı gözlənilir.

Bundan bir qədər əvvəl Kraliça II Elizabet baş nazir Boris Consonun istefasını qəbul edib.

Artıq bu gün Liz Trassın Nazirlər Kabinetində təyinatlar həyata keçirəcəyi bildirilir. "The Guardian" nəşrinin məlumatına görə, yeni baş nazir öz kabinetində əsas nazirliklərin başçıları postuna namizədləri faktiki olaraq müəyyənləşdirib.

Qeyd edək ki, Liz Trass kraliça II Elizabetin təyin etdiyi 15-ci baş nazirdir. O, Böyük Britaniya tarixində bu postu tutan üçüncü qadındır.