logo

Meşə yanğınlarına görə ov mövsümü təxirə salınır-ETSN

16:56 06-09-2022 | icon 1477
Meşə yanğınlarına görə ov mövsümü təxirə salınır-ETSN

Ov mövsümü hələ ki, ertələnib. Bunun bir sıra səbəbləri var. Bir səbəbi yayda bəzi növlərin sayının araşdırılmasıdır. Ən əsas səbəb isə meşə yanğınlarıdır. Son aylarda bütün dünyada olduğu kimi ölkəmizdə də çox genişmiqyaslı meşə yanğınları oldu. Meşə yanğınlarının baş verməsinin əsas səbəbi antropogen amildir.

YeniAvropa xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı” verilişində deyib.

“Dünəndən etibarən havalar sərinləşib, regionlarda yağışlar başlayıb. Belə davam edərsə, yaxın günlərdə ov mövsümünün açılmasına baxıla bilər”, - deyə H.Əlizadə bildirib.