logo

İran Azərbaycanla hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir

16:13 06-09-2022 | icon 1379
İran Azərbaycanla hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir

İranın Azərbaycanla həm quru, həm də dəniz sərhədi var. Bu baxımdan İran Azərbaycan Respublikası ilə hərbi sahədə əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir.

YeniAvropa xəbər verir ki, bu sözləri Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisində iştirak edən İranın müdafiə nazirinin müavini admiral Əmir Rostagari deyib.

Admiral nəzərə çatdırıb ki, Azərbaycan Respublikası ilə hərbi sahədə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini artırmaq məqsədilə İranın Silahlı Qüvvələri plan hazırlayıb. Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir və bu fakt rəsmi Bakı ilə hərbi əməkdaşlıq sahəsində əlaqələr qurmağı zərurətə çevirib.

Nazir müavini Azərbaycan Silahlı Qüvvələrinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcəyini də bildirib.