logo

Əliyar Ağayev “Ştrum”-“Midtüllan” matçının baş hakimi olacaq

15:20 06-09-2022 | icon 1155
Əliyar Ağayev “Ştrum”-“Midtüllan” matçının baş hakimi olacaq

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək keçiriləcək “Ştrum” (Qrats, Avstriya) – “Midtüllan” (Danimarka) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

YeniAvropa  AFFA-nın saytına istinadla xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

“Ştrum” – “Midtüllan” matçı sentyabrın 8-də Avstriyada keçiriləcək.