logo

“Frayburq”–“Qarabağ” oyunu belçikalı hakimlərə tapşırılıb

13:03 06-09-2022 | icon 1904
“Frayburq”–“Qarabağ” oyunu belçikalı hakimlərə tapşırılıb

UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçiriləcək “Frayburq” (Almaniya) – “Qarabağ” (Ağdam) oyununun hakimləri açıqlanıb.

YeniAvropa xəbər verir ki, qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Erik Lambrexts olacaq. Ona Jo de Veirdt və Matias Hillert kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.

VAR hakimləri fransalı Benua Miyo və Villi Delajo olacaqlar.

Qarşılaşmanın hakim-inspektoru ispaniyalı David Fernandes Borbalan, UEFA nümayəndəsi isə ingiltərəli Conatan Lizedir.

Qeyd edək ki, sentyabrın 8-də Frayburq şəhərindəki “Europa-Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.