logo

Cəlilabadda zəlzələ olub

09:29 06-09-2022 | icon 1267
Cəlilabadda zəlzələ olub

Sentyabrın 6-da Cəlilabad seysmolojı stansiyasından 19 kilometr şimal-şərqdə Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 08:05-də qeydə alınan zəlzələnin ocağı 41 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.0 bərabər olan zəlzələ hiss olunmayıb.