logo

ANAMA-nın yeni loqosunun təqdimat mərasimi olub

11:55 05-09-2022 | icon 1428
ANAMA-nın yeni loqosunun təqdimat mərasimi olub

Sentyabrın 5-də Azərbaycan Respublikasının Minatəmizlə Agentliyinin(ANAMA) yeni loqosunun təqdimat mərasimi olub.

YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndələri, Agentliyin rəhbər şəxsləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Təqdim mərasimində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edərək Agentliyin məqsəd və vəzifələri, yeni loqosu haqqında məlumat verib.

Qeyd olunub ki, Vətən müharibəsində şanlı Ordumuzun qazandığı Qələbədən sonra Agentlik işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, zərərsizləşdirilməsi, eləcə də bu sahə üzrə icra edilən fəaliyyəti əlaqələndirir.

ANAMA yeni vəzifə və öhdəliklərə, “Böyük Qayıdışa” doğru yolumuza Agentliyin yeni missiyasını əks etdirən loqo ilə addımlamaq niyyətindədir.

Bildirilib ki, səkkizguşəli ulduzdan ibarət yeni loqo yaradılış, yenilik, əbədiyyət rəmzi olaraq yeniliklərin yaradılması, yeni hədəflərə çatmağımızı əks etdirir. Mərkəzdəki dairə birlik və sabitlik rəmzi olaraq dövlət və vətəndaş birliyini, dəstəyini, bərabərlik şəklində sağlam addımlamağımızı ehtiva edir. Göy rəng sülh rəmzi olaraq, başımızın üzərindəki açıq səmanı, əmin-amanlığı, qurub-yaratmağı bildirir. Bütün elementlər isə ümumiləşərək günəşli sabaha – “Böyük Qayıdışa” - tam təhlükəsiz mühitin yaradılmasına yönəlir.

Daha sona Agentliyin leni loqosu haqqında videoçarx nümayiş olunub.