logo

Xalq artisti Ənvər Həsənov xəstəxanadan evə buraxılıb

11:01 05-09-2022 | icon 2268
Xalq artisti Ənvər Həsənov xəstəxanadan evə buraxılıb

Xalq artisti Ənvər Həsənov müalicə aldığı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Xəzər Tibb Mərkəzindən ambulator müalicə üçün evə buraxılıb.

TƏBİB-dən YeniAvropa-ya verilən məlumata görə, xalq artistinin öz istəyi və həkimlərin tibbi rəyinə uyğun olaraq müalicəsi həkim müşahidəsi altında evdə davam edəcək.

Xatırladaq ki, avqustun 30-da “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun koronavirusa yoluxduğu məlum olub. COVID-19-la bağlı verilən testin nəticəsi də pozitiv çıxıb.