logo

Sumqayıtda intihar edən abituriyentin anası da intihar etdi

18:59 21-07-2018 | icon 3752
Sumqayıtda intihar edən abituriyentin anası da intihar etdi

Bu gün Sumqayıtda intihar hadisəsi baş verib. YeniAvropa xəbər verir  ki, intihar hadisəsi şəhər ərazisində yerləşən 14 mərtəbəli yaşayış binasında baş verib."Report"un məlumatına görə, 1980-cı il təvəllüdlü Xuraman Əzizağa qızı Rüstəmova 14 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadın hadisə yerində dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, X.Rüstəmova bu ilin may ayının 15-də özünü həmin 14 mərtəbəli binanın damından ataraq intihar edən, 2001-ci il təvəllüdlü Faiq Fuad oğlu Rüstəmovun anasıdır. Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olan F.Rüstəmov  2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında aşağı bal topladığı üçün özünü binanın damından ataraq intihar etmişdi.