logo

Bakıda mənzildən meyit tapılıb

16:32 02-09-2022 | icon 1645
Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildə bir nəfərin meyiti tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin(FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.