logo

Azərbaycanlı hakim “Benfika”–“Makkabi” oyununa təyinat alıb

16:13 02-09-2022 | icon 2499
Azərbaycanlı hakim “Benfika”–“Makkabi” oyununa təyinat alıb

Futbol üzrə UEFA Gənclər Liqasının H qrupu çərçivəsində keçiriləcək “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi Elçin Məsiyev olacaq.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ricardo Jorge Antunes Baixinho (Portuqaliya) yerinə yetirəcək.

Matç sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində oynanılacaq.