logo

Bakıda Azərbaycan-İran əməkdaşlığı müzakirə edilib

12:12 02-09-2022 | icon 1596
Bakıda Azərbaycan-İran əməkdaşlığı müzakirə edilib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 2-də İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan ilə İran arasında faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, həmçinin birgə layihələrin icrasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.