logo

2 cinayətkar Rusiyadan Azərbaycana ekstradisiya olunub

11:55 02-09-2022 | icon 1631
2 cinayətkar Rusiyadan Azərbaycana ekstradisiya olunub

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun ölkə vətəndaşları Mütəllimov Loğman Gülağa oğlu və İbrahimzadə Ruslan Rəhman oğlunun ekstradisiyası haqqında vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumat görə, Şirvan şəhər polis idarəsinin icraatında olan cinayət işi üzrə Loğman Mütəllimovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin icraatında olan cinayət işi üzrə isə Ruslan İbrahimzadənin xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmələrinə dair əsaslı şübhələr müəyyən edilib və həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

Hər iki şəxs Rusiya Federasiyası ərazisində müəyyən edilərək saxlanılıblar.

Bu il sentyabrın 1-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Loğman Mütəllimov və Ruslan İbrahimzadə Rusiyadan Azərbaycana gətiriliblər.