logo

Göygöl, Şahdağ və Abşeron milli parkları- turistlərin ən sevimli məkanları

19:54 01-09-2022 | icon 1974
Göygöl, Şahdağ və Abşeron milli parkları- turistlərin ən sevimli məkanları

Azərbaycanın milli parklarını son 3 ay ərzində 185 min 522 turist ziyarət edib.

YeniAvropa xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

Onun sözlərinə görə, ən çox turist qəbul edən Göygöl, Şahdağ və Abşeron milli parklarıdır: “Turistlərin sayında müşahidə olunan artım iyun, iyul, avqust aylarının istirahət mövsümü olması ilə yanaşı, həm də insan-təbiət vəhdətinin qurulması istiqamətində aparılan ardıcıl maarifləndirmə işləri və milli parklarda ziyarətçilərin rahatlığını təmin edən yeni və müasir infrastrukturların yaradılmasıdır”.

Xidmət rəsmisinin sözlərinə görə, turistlər milli parklarımızı ziyarət edərək, həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ölkəmizdə ekoturizmin inkişafını və ziyarətçilərin sayının artmasını təmin edir.