logo

Azərbaycanda daha 621 nəfər koronavirusa yoluxdu

17:15 31-08-2022 | icon 2891
Azərbaycanda daha 621 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 621 yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 813 min 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 800 min 127 nəfər müalicə olunaraq sağalıb, 9 min 805 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 505 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 32, bu günə qədər isə ümumilikdə 7 milyon 155 min 246 test icra olunub