logo

Sabiq deputat Rəfael Cəbrayılovun qardaşı ev dustaqlığına buraxılıb

12:52 31-08-2022 | icon 1043
Sabiq deputat Rəfael Cəbrayılovun qardaşı ev dustaqlığına buraxılıb

Bəzi media səhifələrində Milli Məclisin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq deputatı Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun azadlığa buraxılması ilə bağlı informasiyalar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanaraq istintaqının aparılması üçün Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmiş iş üzrə Elşən Cəbrayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu ilin iyulun 23-də Nərimanov rayon məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xatırladaq ki, Milli Məclisin sabiq deputatı, vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Rəfael Cəbrayılov ötən il sentyabr 30-da “Yeni Klinika”da  koronavirusdan ölüb