logo

Zelenski:Ukraynanın bərpası üçün 800 milyard dollar lazımdır

09:09 31-08-2022 | icon 2240
Zelenski:Ukraynanın bərpası üçün 800 milyard dollar lazımdır

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başa çatdıqdan sonra Ukraynanın bərpası üçün təxminən 600-800 milyard dollar lazımdır. Hazırda əsas diqqət infrastrukturun bərpasına yönəldilməlidir.

YeniAvropa yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin “Fransa Müəssisələri Hərəkatına” müraciətində qeyd edilib.

Prezident eyni zamanda qeyd edib ki, indi dəqiq rəqəm söyləmək çətindir, çünki müharibə bitməyib.

"Mən bu gün əsas diqqəti infrastrukturun - təhsil, liman və nəqliyyat infrastrukturlarının və insanlar üçün mənzillərin bərpasına yönəldərdim, çünki bizim vəzifəmiz insanları öz evlərinə qaytarmaqdır",- deyə Ukrayna prezidenti vurğulayıb.