logo

Moskvada Azərbaycan-Ermənistan sərhəd delimitasiya Komissiyanın ikinci görüşü keçirilib

18:18 30-08-2022 | icon 1813
Moskvada Azərbaycan-Ermənistan sərhəd delimitasiya Komissiyanın ikinci görüşü keçirilib

Avqustun 30-da Moskva şəhərində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə müvafiq olaraq, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdən əvvəl Rusiya Federasiyası Hökumətinin sədrinin müavini A.Overçuk Ş.Mustafayev və M.Qriqoryan ilə görüşüb, komissiyaların işinin davam etdirilməsini alqışlayıb.

Tərəflər təşkilati və prosedur məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.

Üçüncü görüşün razılaşdırılmış müddət ərzində keçirilməsinə dair razılıq təsdiqlənib.