logo

Rusiya Xarkov şəhərini bombaladı:azı 5 nəfər həlak olub 

13:48 30-08-2022 | icon 2639
Rusiya Xarkov şəhərini bombaladı:azı 5 nəfər həlak olub 

Bu gün səhər saatlarında Ukraynanın Xarkov şəhərinin mərkəzi hissəsinin artilleriya atəşinə tutulması nəticəsində azı 5 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Xarkov şəhər meri İqor Terexov "Telegram" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Xarkovun mərkəzinə azı səkkiz mərmi atılıb, nəticədə mülki obyektlər, istirahət mərkəzi dağılıb. Hazırda xilasetmə işləri davam etdirilir.