logo

Sabah Bakıda 37° isti olacaq

13:36 30-08-2022 | icon 1232
Sabah Bakıda 37° isti olacaq

Azərbaycanda avqustun 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24°, gündüz 33-37° isti, Bakıda gecə 22-24°, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 25-30 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 35-39° isti, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacağı proqnozlaşdırılır.