logo

Qubadlıda mina partlayıb: Minaaxtaran it həyatını itirib

12:12 30-08-2022 | icon 567
Qubadlıda mina partlayıb: Minaaxtaran it həyatını itirib

Qubadlı rayonunda mina hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin(ANAMA) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, avqustun 30-da işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib.

Partlayış nəticəsində Agentliyin minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Belçika malinuası Dina ləqəbli minaaxtaran it həyatını itirib.

Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.