logo

“ADEX” sərgisində 32 ölkədən 208 şirkət iştirak edəcək

11:55 30-08-2022 | icon 2625
“ADEX” sərgisində 32 ölkədən 208 şirkət iştirak edəcək

Sentyabrın 6-dan 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisində dünyanın 32 ölkəsindən 208 şirkət iştirak edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə avqustun 30-da sərginin açılışına həsr olunmuş mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, müasir silah və texnika sərgisi olan “ADEX” Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirəcək.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçiriləcək “ADEX” xüsusi əhəmiyyətlidir. Bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir.

Təşəbbüskarı və təşkilatçısı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi olan sərgi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəstəklənir.

Tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.

Ümumiyyətlə, payız sərgi mövsümü “ADEX”dən başlayır.