logo

Əflatun Amaşovun Mətbuat Şurasında sayılı günləri qalıb

11:55 29-08-2022 | icon 1540
Əflatun Amaşovun Mətbuat Şurasında sayılı günləri qalıb

"Azərbaycan Mətbuat Şurasının(MŞ) növbəti qurultayı yaxınlaşır. Yaxın günlərdə İdarə Heyətinin toplantısı olacaq və qurultayın vaxtı müəyyənləşdiriləcək".

YeniAvropa xəbər verir ki, bu barədə  MŞ-nin İdarə Heyətinin üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, qurultayda sədr seçkisi də baş tutacaq: "Orada jurnalistlər kimi dəstəkləyərsə, həmin şəxs də MŞ-nin sədri olacaq".

Xatırladaq ki, Azərbaycan Mətbuat Şurasının(MŞ) sonuncu - VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in sədri Əflatun Amaşovdur.

Qeyd edək ki, unikal.org saytı Əflatun Amaşovun MŞ-nin sədrliyindən gedəcəyi, onu Rəşad Məcidin əvəzləyəcəyi barədə məlumat yayıb.