logo

İşğaldan azad edilən ərazilərdə daha 309 mina aşkarlanıb

10:10 29-08-2022 | icon 1365
İşğaldan azad edilən ərazilərdə daha 309 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi(ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib. Qeyd edilib ki, avqustun 22-dən 27-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 240, tank əleyhinə 69 mina və 81 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 731 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.