logo

Goranboyda “Ural” dərəyə aşdı: Sürücü öldü

13:53 27-08-2022 | icon 1596
Goranboyda “Ural” dərəyə aşdı: Sürücü öldü

Avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin YeniAvropa-ya verilən məlumata görə, qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.