logo

Ali məktəblərə ixtisas seçimi sabah başa çatır

09:19 27-08-2022 | icon 8575
Ali məktəblərə ixtisas seçimi sabah başa çatır

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi avqustun 28-i saat 23:59-dək davam edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, bu günə olan məlumata əsasən 61870 tələbə öz ərizəsini təsdiq edib.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (o cümlədən subbakalavrlar) iştirak edə bilərlər.

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri” haqqında ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.