logo

İlham Əliyev Qaxda kənd yolunun təmirinə 687 min manat ayırdı

18:58 25-08-2022 | icon 1246
İlham Əliyev Qaxda kənd yolunun təmirinə 687 min manat ayırdı

Prezident İlham Əliyev avqustun 25-də “Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, Sərəncama əsasən, Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 687 min manat ayrılıb.