logo

Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının görüşü olacaq

15:10 25-08-2022 | icon 1260
Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının görüşü olacaq

Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının nümayəndələrinin görüşəcəyi tarix açıqlanıb.

 YeniAvropa  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib.

Vurğulanıb ki, komissiya rəhbərləri Şahin Mustafayev və Mqer Qriqoryan avqustun 30-da görüşəcəklər.

Qeyd edək ki, daha əvvəl görüşün Moskvada keçiriləcəyi barədə məlumat verilmişdi.