logo

İrandan Azərbaycana 15 kq-dah çox narkotika keçirmək istədilər

14:34 25-08-2022 | icon 1246
İrandan Azərbaycana 15 kq-dah çox narkotika keçirmək istədilər

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.

Qeyd edilib ki, avqustun 23-də saat 23:10-da “Astara” sərhəd nəzarət şöbəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Azərbaycana keçən 1981-ci il təvəllüdlü Babaei Kousalari Sadegh Samadin idarə etdiyi “Dong-Feng” markalı 38-D-43910 dövlət nömrə nişanlı yük avtomobilinə birgə baxış keçirilərkən nəqliyyat vasitəsinin salonunda gizlədilmiş təxmini çəkisi 15 kiloqram 64 qram narkotik vasitəyə bənzər maddələr (4 min 85 qram “metamfetamin”, 7 min 800 qram heroin, 2 min 129 qram tiryək, 1050 qram marixuana) və 920 qutu “KENT” markalı siqaretlər aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.