İlham Əliyev Koreya prezidentinin xüsusi nümayəndəsini qəbul edib
Prezident İlham Əliyev avqustun 25-də Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Ekspo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstək üzrə Xüsusi Komitənin sədri So Byoq Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Koreya Milli Assambleyasının üzvləri də daxildir.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə yaxşı təmasların mövcud olduğunu bildirərək, Koreya parlamenti sədrinin Azərbaycana səfərini məmnunluqla xatırlayıb və So Byoq Sunun səfərinin də əməkdaşlığın möhkəmləndirilməsi işinə verdiyi töhfəni qeyd edib.
Prezident İlham Əliyev Koreya şirkətlərinin uzun illər Azərbaycanda çox uğurla fəaliyyət göstərdiklərini, bir neçə önəmli sənaye layihəsini icra etdiklərini və inşaat sektorunda da çox fəal olduqlarını, Bakının bir neçə “göydələn”inin memarlığının da Koreya şirkətləri tərəfindən təqdim edildiyini deyib.
Dövlət başçısı siyasi və iqtisadi əlaqələrin daha da fəallaşmasının zəruriliyini bildirdi, parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafında rolunu vurğulayıb.
Prezident İlham Əliyev 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda dağıntılar, vandallıq aktları törətdiklərini, şəhərlərimizi və kəndlərimizi tamamilə məhv etdiklərini bildirib, hazırda həmin ərazilərdə Azərbaycanın genişmiqyaslı bərpa və yenidənqurma layihələrini həyata keçirdiyini deyib, Koreya şirkətlərinin müasir texnologiyalar vasitəsilə bu işlərə töhfə verə biləcəyini qeyd edib.
So Byoq Sun Koreya Respublikasının prezidenti Yun Sok Yolun salamlarını dövlətimizin başçısına çatdırıb. O qeyd edib ki, Koreya prezidenti Azərbaycana böyük marağının olduğunu vurğulayıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Koreya prezidentinə çatdırmağı xahiş edib.
Bundan əvvəl 2009-cu ildə ölkəmizə səfər etdiyini bildirən So Byoq Sun paytaxtımızda gördükləri inkişaf proseslərinin onlarda böyük təəssürat hissi doğurduğunu deyib, Azərbaycanın qazandığı nailiyyətlərlə bağlı dövlət başçısını təbrik edib.
So Byoq Sun prezident İlham Əliyevin ölkənin inkişafı naminə göstərdiyi böyük səyləri Koreyanın keçmiş prezidenti Park Çunq Hinin fəaliyyəti ilə müqayisə edib. O deyib ki, Park Çunq Hi məhz xalqın gücünə güvənərək Koreyanı çox inkişaf etmiş ölkəyə çevirib.
Sonra So Byoq Sun Koreya prezidentinin məktubunu dövlət başçısına təqdim edib.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir