logo

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqladı

12:12 25-08-2022 | icon 2793
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqladı

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

YeniAvropa  AFFA-ya istinadla xəbər verir ki, ötən reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1127 xalla 128-ci pillədə qərarlaşıb.

Reytinqin ilk pilləsində də dəyişiklik baş verməyib. Braziliya millisi (1837) siyahıya başçılıq edir. 1821 xala malik Belçika 2-ci, 1770 xalı olan Argentina isə 3-cü pillədədir.