logo

Baş nazir Əli Əsədov Qırğızıstanaa işgüzar səfər edib

11:55 25-08-2022 | icon 2891
Baş nazir Əli Əsədov Qırğızıstanaa işgüzar səfər edib

Avqustun 25-də Azərbaycanın baş naziri Əli Əsədov Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovun dəvəti ilə bu ölkəyə işgüzar səfər edib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində baş nazir Ə.Əsədov Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında qonaq qismində iştirak edəcək, həmçinin bir sıra ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.