logo

Azərbaycanda 200-dən çox Qazaxıstan kapitallı şirkət var

16:46 24-08-2022 | icon 2660
Azərbaycanda 200-dən çox Qazaxıstan kapitallı şirkət var

Azərbaycanda Qazaxıstan kapitallı 200-dən çox şirkət (sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində) fəaliyyət göstərir.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov avqustun 24-də Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının İ iclasında çıxışı zamanı deyib.

O.Məmmədov qeyd edib ki, Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və ölkəmizdə 15 mindən çox xarici kapitallı şirkət qeydiyyatdan keçib.