logo

Bakıda Azərbaycan ilə Qazaxıstan arasında 7 sənəd imzalanıb

16:16 24-08-2022 | icon 2597
Bakıda Azərbaycan ilə Qazaxıstan arasında 7 sənəd imzalanıb

Avqustun 24-də Bakıda Qazaxıstan ilə Azərbaycan arasında 7 sənəd imzalanıb.

 YeniAvropa xəbər verir ki, sənədlərin imzalanması mərasimi Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının İ iclası çərçivəsində baş tutub.

İki ölkə arasında əməkdaşlığı nəzərdə tutan sənədlər bunlardır:

-Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum;

-Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin(AZPROMO) və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;

-Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının(ASK) və Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş;

-Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi(KOBİA) ilə Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” arasında Anlaşma Memorandumu;

-“QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” MMC arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;

-“QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, “Cool İnfinity”” və “Foodcity Alliance” arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;

-“KTZ Express Hong Kong Limited” MMC və “ADY Container” MMC arasında Tərəfdaşlıq Sazişi imzalanıb.