logo

"Aİ-92" markalı benzinin və dizelin aksiz dərəcəsi artırıldı

15:30 24-08-2022 | icon 2464
"Aİ-92" markalı benzinin və dizelin aksiz dərəcəsi artırıldı

Baş nazir Əli Əsədov “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” Qərar imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Qərara əsasən, "Aİ-92" avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə qaldırılıb.

Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.