logo

Rusiya MDB müdafiə nazirlərini Moskvaya toplayır

12:32 24-08-2022 | icon 1029
Rusiya MDB müdafiə nazirlərini Moskvaya toplayır

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilat(ŞƏT) və MDB ölkələri müdafiə nazirlərinin görüşünü keçirməyi təklif edib.

YeniAvropa xəbər verir ki, rus naziri bu təklifi ŞƏT-in müdafiə nazirlərinin Daşkənddə keçirilən müşavirəsində irəli sürüb.

O bildirib ki, ŞƏT, MDB və digər dost ölkələrin müdafiə nazirləri bu ilin dekabrında Moskvada görüşüb koalisiya təhlükəsizliyi məsələlərini müzakirə edə bilərlər.

Bundan əlavə, nazir gələn il Rusiyada ŞƏT ölkələrinin(Sülh missiyası – 2023) birgə antiterror təlimlərinin də təşkil olunacağını qeyd edib.