logo

Avropa son 500 ilin ən quraqlıq dövrünü yaşayır

09:09 24-08-2022 | icon 3066
Avropa son 500 ilin ən quraqlıq dövrünü yaşayır

Avropada son 500 ilin ən quraqlıq dövrü müşahidə olunur.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Avropa Komissiyasının Birgə Araşdırmalar Mərkəzinin ekspertlərinin hazırladığı hesabatda iyul ayında qitədə quraqlığın təhlükəli səviyyəyə çatdığı bildirilib. Hesabatda Avropa İttifaqı(Aİ) torpaqlarının 47 faizində quraqlığın təhlükəli səviyyəyə çatdığı, Aİ-nin 17 faizində isə həyəcanverici səviyyədə olduğu vurğulanıb.

Ekspertlərin fikrincə, davam edən quraqlıq son 500 ilin ən quraq dövrü hesab olunur. Quraqlıq səbəbindən qitədə qarğıdalı, soya və günəbaxan istehsalının son 5 ilin orta göstəricisindən 15 faiz az olacağı gözlənilir.

Bildirilib ki, yağıntıların olmaması Avropa çaylarında suyun səviyyəsini aşağı salıb, su elektrik stansiyalarında enerji istehsalı azalıb, bu vəziyyət digər elektrik stansiyalarında soyutma sistemlərinə və çay nəqliyyatına mənfi təsir göstərib.

Hesabatda xüsusilə Qərbi Aralıq dənizi bölgəsi üçün xəbərdarlıq edilib, anomal istilərin və quraqlığın cari ilin noyabr ayına qədər davam edəcəyi vurğulanıb.