logo

Hərbi qulluqçularımız Türkiyədə təhsillərini başa vurub

18:15 23-08-2022 | icon 1050
Hərbi qulluqçularımız Türkiyədə təhsillərini başa vurub

Avqustun 22-də Türkiyənin paytaxtı Ankarada yerləşən Jandarma və Sahil Mühafizə Akademiyasının məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,  ki, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, vitse-prezident Fuad Oktay, daxili işlər naziri Süleyman Soylu və digər vəzifəli şəxslər  iştirak ediblər.

Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, təhsil proqramı üzrə 5 illik hərbi təhsilini müvəffəqiyyətlə bitirən Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 3 hərbi qulluqçusuna leytenant hərbi rütbəsi verilib.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov tərəfindən diplomlar hərbi qulluqçularımıza təqdim edilib.

Rütbələrinin sevincini və qürurunu keçirən gənc zabitləri diplom və ilk hərbi leytenant rütbəsi almaları münasibətilə təbrik edən hərbi attaşe onlara Azərbaycanın gələcəyi, Silahlı Qüvvələrimizin inkişafı, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidməti fəaliyyətlərində uğurlar arzulayıb.