logo

Sabah Bakıda 35° isti olacaq

13:13 23-08-2022 | icon 1351
Sabah Bakıda 35° isti olacaq

Azərbaycanda avqustun 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 32-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 50-55, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 34-38° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.