logo

3 tələbəmiz Rumıniyada təhsil üçün təqaüd proqramı qazanıb

11:11 23-08-2022 | icon 5397
3 tələbəmiz Rumıniyada təhsil üçün təqaüd proqramı qazanıb

Hökumətlərarası təqaüd proqramına əsasən 2022-2023-cü tədris ili üzrə Rumıniya təhsil almaq üçün keçirilmiş müsabiqə nəticəsində 3 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qalib namizədlər Rumıniyanın ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində riyaziyyat, mühəndislik və təhsil elmləri ixtisasları üzrə təhsil alacaqlar.

Təqaüd proqramının tələblərinə uyğun olaraq tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb ediləcəklər.

Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.