logo

Paytaxtın bir hissəsində bu gün qaz olmayacaq

10:40 23-08-2022 | icon 749
Paytaxtın bir hissəsində bu gün qaz olmayacaq

Bu gün Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin(SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Nizami rayonu ərazisində "Azəriqaz"ın Təmir Tikinti İdarəsi tərəfindən 570 metr məsafədə çəkilmiş yeni PE-315 mm qaz kəmərinin şəbəkəyə qoşulması işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Nizami rayonunun müəyyən ərazilərində (Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayılov, Məmmədov küçələri, Qara Qarayev və Babək prospektlərinin bir hissəsində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Görülən işlər Nizami rayonu üzrə 10 000-dən artıq əhali abonentinin, qeyri-əhali istehlakçılarının, o cümlədən kommunal istiliktəchizatı müəssisələrinin qaz təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq.

“Azəriqaz” müvəqqəti narahatlığa görə üzr istəyir.