logo

İndiyədək Ukrayna limanlarından 720 min tondan çox taxıl daşınıb

10:10 23-08-2022 | icon 2499
İndiyədək Ukrayna limanlarından 720 min tondan çox taxıl daşınıb

Ukrayna taxılının dünya bazarına çatdırılması məqsədilə yaradılan dəhlizin fəaliyyəti maneəsiz davam edir. Bu günə olan son məlumata əsasən, indiyədək Ukrayna limanlarından 721 min 449 ton taxıl daşınıb. Qarşıdan gələn günlərdə bu rəqəmin daha da artacağına inanırıq.

YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyənin terrorla mübarizənin fasiləsiz davam etdiyini bildirən nazir H. Akar ölkəsinin qonşu dövlətlər başda olmaqla bütün ölkələrin sərhədlərinə, suverenliyinə, hüquqlarına və ərazi bütövlüyünə hörmət etdiyini bir daha vurğulayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən 2015-ci il iyulun 24-dən həyata keçirilən əməliyyatlar nəticəsində indiyədək ümumilikdə 35 786 terrorçu zərərsizləşdirilib. Yanvarın 1-dən etibarən əməliyyatlar intensiv şəkildə davam edir. Bu müddət ərzində İraq və Suriyanın şimalında ümumilikdə 2517 terrorçu məhv edilib. “Pəncə-Kilid” əməliyyatı bölgəsində isə zərərsizləşdirilən terrorçu sayı 333-ə yüksəlib.