logo

Bolqarıstan Azərbaycandan qaz tədarükünü artıracaq

17:47 22-08-2022 | icon 1554
Bolqarıstan Azərbaycandan qaz tədarükünü artıracaq

“Bolqarıstan hökuməti qaz tədarükünü artırmaq üçün Azərbaycanla danışıqları bərpa edir”. 

YeniAvropa xəbər verir ki, bu barədə Bolqarıstanın enerji naziri Rozen Xristov bildirib.

“Biz həcmin artırılması ilə bağlı, həmçinin qiymətlə bağlı razılaşma üçün Azərbaycanla intensiv danışıqlara başlamaq niyyətindəyik. Həcmi artırmaq üçün Azərbaycan tərəfi ilə danışıqlar apara bilərik. Onların qeyd-şərtləri var, məsələ yenə qiymətlə bağlıdır. Biz əlavə həcmlə bağlı razılığa gəlməmişik, buna görə də bazar ertəsindən(bu gündən) danışıqlara başlayacağıq”, - deyə R.Xristov bildirib.