logo

Bəxtiyar Hacıyev saxlanılıb

15:15 22-08-2022 | icon 1407
Bəxtiyar Hacıyev saxlanılıb

Bazar ertəsi saat 13:00-da polis ictimai fəal Bəxtiyar Hacıyevi saxlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə hüquq müdafiəçisi, “Müdafiə xətti” təşkilatının həmtəsisçisi Zaur Əkbər bildirib.

Hacıyevin özü isə həbsdən bir neçə dəqiqə öncə onun qışqırığının eşidilməsilə bağlı 2 saniyəlik video yayımlamağa müvəffəq olub: “Deyirəm, burax!”.

Son bir ildə Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyi və şəxsən nazir Vilayət Eyvazovun ünvanına tənqidlərə görə bir neçə dəfə saxlanılıb.

Bugünkü hadisənin təfərrüatları hələ ki aydın deyil.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi hələlik heç bir açıqlama verməyib.