logo

Yevlax sakinindən 2 kq-dək narkotika götürülüb

10:58 22-08-2022 | icon 1155
Yevlax sakinindən 2 kq-dək narkotika götürülüb

Yevlax rayon Polis Şöbəsinin (YPX) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya bildirilib ki,daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Muradov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 1 kiloqram 645 qram marixuana, 73 qram tiryək, 64 qram metamfetamin və 1 ədəd bıçaq maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.