logo

Ötən iki gün cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb

10:30 22-08-2022 | icon 1288
Ötən iki gün cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə törədilmiş 112 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 52 nəfər , o cümlədən borclu şəxs qismində axtarılan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 59 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.